14 Mart 2026, Şənbə
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət

Digər idman növləri

Bölgə klubunun prezidenti akademiyanın üzvləri ilə görüşüb

“Gəncə”nin prezidenti Elvar Osmanov klubun Voleybol Akademiyasının üzvləri və onların valideynləri ilə görüşüb.
 
Futbolxeber.az saytının bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prezident akademiyanın qarşıdakı hədəfləri, Azərbaycan Voleybol Federasiyasının bölgələrdə bu idman növünün inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.
 
E.Osmanov bildirib ki, əsas məqsəd akademiyanın üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması, onların gələcəkdə ölkəmizdə və beynəlxalq arenada uğurla çıxış etmələrinə geniş imkan yaratmaqdır.
 
Valideynlər övladları üçün yaradılmış şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildiriblər. Sonda bir qrup fəal yeniyetmə voleybolçuya sertifikat təqdim olunub.
 
Görüşdə “Gəncə”nin idman direktoru İbrahim Qarayev, həmçinin Voleybol Akademiyasının məşqçilər korpusu da iştirak ediblər.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31