18 Noyabr 2026, Çərşənbə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi
U-17 millimiz qrupda sonuncu oldu
Millimiz Andorraya qalib gəldi

Digər idman növləri

Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazanıb

Azərbaycan şahmatçısı Rauf Məmmədov Monteneqroda keçirilən Avropa çempionatında Dünya Kubokuna vəsiqə qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, qrossmeyster buna Petrovats şəhərində təşkil olunan yarışda 14-cü yeri tutmaqla nail olub.
 
11 turun nəticələrinə görə azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni məhz R.Məmmədov göstərib. O, 7,5 xal toplayıb. Digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.
 
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub. Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro əldə edib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30