5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Digər idman növləri

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıya gəlib

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura Bakıya gəlib.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən verilən məlumata görə, qurum rəsmisi ASTF-nin dəvəti ilə ölkəmizdə səfərdədir.
 
Pedro Migel Moura ilə ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Ardınca Şəhidlər Xiyabanında azadlıq fədailərinin xatirəsinə ehtiram bildirilib.
 
Səfər çərçivəsində stolüstü tennisçilərin məşq bazasına baş çəkən Pedro Migel Moura idmançılara yaradılan şəraitlə tanış olub, hazırlıq prosesini yaxından izləyib.
 
Qeyd edək ki, Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidentinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28