6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Millilərimiz Şahmat Olimpiadasında növbəti görüşlərə çıxır

Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat milliləri bu gün növbəti görüşlərini keçirəcəklər. Kişilərdən ibarət komandamız 2-ci turda Finlandiya ilə qarşılaşacaq. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Qadınlardan ibarət millimiz isə Avstraliya ilə üz-üzə gələcək. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.

Qeyd edək ki, 1-ci turda kişilərdən ibarət yığmamız İordaniyaya qalib gəlib - 3,5:0,5. Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib - 4:0.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31