15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Paris-2024-də bu gün 4 idmançımız mübarizə aparacaq

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Azərbaycanın 4 idmançısı yarışda mübarizə aparacaq.

Taekvondo

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov 1/8 finalda İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.

Güləş

Yunan-Roma güləşçilərimizdən əvvəlcə Həsrət Cəfərov (67 kq) 1/8 finaldan mübarizəyə qoşulacaq. O, A xalçasının 3-cü görüşündə Mohamed ELsayedlə (Misir) üz-üzə gələcək. A xalçasında yarışların saat 13:00-da başlaması nəzərdə tutulur.

Digər güləşçimiz Rafiq Hüseynov (87 kq) 1/8 finalda, C xalçasının 10-cu görüşündə David Losonçi (Macarıstan) ilə qarşılaşacaq. C xalçasında yarışlara saat 13:00-da start veriləcək.

Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

20:15-dən etibarən əvvəlcə digər çəki dərəcələri üzrə yarımfinal qarşılaşmaları, sonra isə Sənanın da çəkisində medallar uğrunda yarışlar başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30