8 Yanvar 2026, Cümə axşamı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Digər idman növləri

Kotsoyev Parisdə Azərbaycana ikinci qızıl medalı qazandırdı!

Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa) ilə qarşılaşıb. O, ipponla qalib gələrək 1/4 finala yüksəlib.
 
Bu mərhələdə onun rəqibi Peter Palçik olub. İsrailli rəqibi üzərində də qələbə qazanan (vaza-ari xalı ilə) Kotsoyev yarımfinala vəsiqə əldə edib.
 
Finala gedən yolda cüdoçumuz özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Kotsoyev ardıcıl üçüncü qələbəsini qazanmaqla finala yüksəlib.
 
Olimpiya çempionluğu uğrunda görüşdə Zelim Kotsoyev İlia Sulamanidze (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibə verilən cərimə xalları sayəsində cüçomuz finalda qələbə qazanmaqla Olimpiya Oyunlarının qızıl medalını qazanır.   
 
Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31