Digər idman növləri
Olimpiadada bu gün 6 idmançımız və basketbol millimiz mübarizə aparacaq
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın 6 idmançısı və 1 milli komandası mübarizəyə qoşulacaq.
Akademik avarçəkmə (fərdi)
Bu idman növündə Azərbaycan təmsilçisi edən Diana Dımçenko 1/4 finalda qüvvəsini sınayacaq. O, isveçrəli Yanzen Aurelia-Maksima Katalinaya, yeni zelandiyalı Tviqq Emmaya, ispaniyalı Dias Rivas Vircinaya, serbiyalı Arsik Covanaya və Filippinli Delqaso Joaniyə qarşı yarışacaq.
Avarçəkmə yarışları saat 11:30-da başlanır.
Cüdo
Bu gün 81 kq çəki dərəcəsində cüdoçumuz Zelim Tçkayev tatamiyə çıxacaq. Onun rəqibi hələlik məlum deyil. İlk mərhələdən azad olan Tçkayev mübarizəyə 1/8 finaldan qoşulacaq.
Cüdo yarışları saat 12:00-da başlanır.
Üzgüçülük
Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparacaq.
Üzgüçülük yarışları saat 13:00-da başlanır.
Boks
Nicat Hüseynovun (51 kq) 1/16 finaldakı rəqibi Dominikan boksçusu, Pan Amerika Oyunlarının qalibi, Mərkəzi Amerika və Karib Oyunlarının gümüş mükafatçısı olan Junior Alkantara Reyesdir. Döyüşün saat 17:30-da başlaması nəzərdə tutulub.
Murad Allahverdiyev (80 kq) də mübarizəyə 1/16 finaldan qoşulacaq. O, bu mərhələdə misirli idmançı, Afrika Oyunlarının qızıl və gümüş mükafatçısı, Afrika çempionatında gümüş, Aralıq dənizi oyunlarında qızıl medal qazanan Abdelrahman Abdelcavvadla qarşılaşacaq. Döyüşün saat 18:34-də başlaması planlaşdırılıb.
Kamandan oxatma
Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla görüşəcək. An Qixuan artıq Paris-2024-də komanda yarışlarında gümüş medala sahib çıxıb. Həmçinin o, Asiya Oyunlarında da komanda yarışları üzrə gümüş medal qazanıb.
Görüşün saat 20:11-də başlaması nəzərdə tutulur.
3x3 basketbol
Nəhayət, günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq. Komandamız ilk mərhələdə İspaniya yığması ilə görüşəcək. İspaniya millisi 1 dəfə Avropa çempionatının qalibi olub, 2 dəfə gümüş medal qazanıb. Həmçinin komanda Avropa Oyunlarında 2 dəfə bürünc medala yiyələnib.
Matç saat 23:00-da başlanacaq.
Bu gün Azərbaycan idmançısı Diana Dımçenkonun da mübarizə aparacağı triatlon üzrə yarışların keçirilməsi də planlaşdırılırdı. Lakin yarış sabaha təxirə salınıb. Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır. Ancaq Beynəlxalq Triatlon Federasiyası idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək yarışın sabah baş tutacağına zəmanət verməyib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
06.11.2026
05.11.2026
04.11.2026
























