6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

Dominges: "Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir"

"Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan boksçusu Alfonso Dominges Paris-2024-də 1/8 finalda kubalı rəqibi Xulio Sesar Krusa qalib gəldikdən sonra bildirib.
 
O, Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, daha da irəli getmək fikrindədir: "Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır".
 
Qeyd edək ki, Alfonso Dominges sabah 1/4 finalda Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31