3 Sentyabr 2025, Çərşənbə
"Zirə"nin tarixinə düşən qələbə
"Qarabağ" və "İmişli" qalib gəldi
Baxşıyev: “Çempionluq sözlə olmur”
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Fərid Qayıbov: "Azərbaycan idmançılarının Parisdə bizi layiqincə təmsil edəcəyinə inanıram"

"Azərbaycanı Olimpiya Oyunlarının 15 idman növündə 48 idmançı təmsil edəcək".
 
Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının üzvləri üçün təşkil olunan yolasalma mərasimi zamanı jurnalistlərə deyib.
 
O, Fransa paytaxtında keçiriləcək yarışda Azərbaycan idmançılarına inandığını bildirib: "Ümid edirəm ki, onlar bizi layiqincə təmsil edəcəklər. Ən əsası, üzərlərindəki həyəcan hissini atmalıdırlar. Azərbaycan idmançıları üçün atletlər kəndində hər bir şərait yaradılıb. Sadəcə olaraq, azarkeşlərin dəstəyi önəmlidir. Bütün idmançılarıma uğurlar arzulayıram".
 
Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.
 
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30