31 Oktyabr 2025, Cümə
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Digər idman növləri

Azərbaycanın 3 boksçusu Avropa birinciliyində növbəti mərhələyə adlayıb

Azərbaycanın 3 boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində növbəti mərhələyə adlayıb.
 
Futbolxeber.az saytına Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Nihat Qasımov (48 kq) 1/16 finalda Vaxtanq Jamkoçyana (Rusiya) 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə qalib gəlib.
 
Qasımov ikinci görüşündə ilk mərhələdən azad olan Corc Frensislə (İngiltərə) üz-üzə gələcək.
 
Rza Rzayev də Avropa birinciliyinə qələbə ilə başlayıb. 70 kq-da mübarizə aparan milli üzvü 1/8 finalda Petros Topalosu (Yunanıstan) məğlub edib – 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28). O, növbəti döyüşdə italiyalı Tiberio Nokadellonu sınağa çəkəcək.
 
Səftər Məmmədzadə (+80 kq) isə 1/8 finalda Erik Lalmiyevlə (İsrail) gücünü sınayıb. Rəqibini 5:0 (29:26, 29:25, 29:26, 29:26, 29:26) hesabı ilə məğlub edən boksçumuz növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Boqdan Bajzertlə (Polşa) döyüşəcək.
 
Qeyd edək ki, Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31