11 Oktyabr 2026, Bazar günü
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan şahmatçılarından 3 qələbə

Azərbaycan şahmatçıları Ayan Allahverdiyeva, Nərmin Abdinova və Səbinə Rzalı Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilən dünya çempionatının 3-cü turunda qələbə qazanıblar.
 
Futbolxeber.az saytına Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, A.Allahverdiyeva qara fiqurlarla hindistanlı Saparya Qhosu üstələyib.
 
Qara fiqurlarla mübarizə aparan digər təmsilçimiz N.Abdinova yerli şahmatçı Advika Saruprianı məğlub edib. S.Rzalı isə hindistanlı Hasini Kamabathulanı təslim olmağa məcbur edib.
 
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən, 11 turdan ibarət olan yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır. 3 turdan sonra Ayan Allahverdiyeva və Nərmin Abdinova ilə yanaşı, daha 6 şahmatçı maksimum nəticə göstərib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31