3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycan avarçəkənləri Qazaxıstanda 8 medal qazanıblar

Azərbaycan avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan kayak və kanoe üzrə turnirdə 8 medal qazanıblar.
 
Futbolxeber.az saytına Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, təmsilçilərimiz məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc mükafat əldə ediblər.
 
Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş müdal qazanıb. O, 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də ikinci olub. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni üçüncü bitirib.
 
Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni birinci tamamlayıb. Vacib Babayek - Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə üçüncü olub.
 
Qeyd edək ki, yarışa 5 ölkədən 10-a yaxın komanda mübarizə aparıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31