23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib

Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib.
 
Futbolxeber.az saytına AÜF-ün mətbuat xidmətindən verilən məlumata görə, bu gün İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
 
Toplantıda federasiyanın 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə azərbaycanlı idmançıların iştirakı müzakirə olunub.
 
Gündəlikdə olan digər məsələ federasiyanın vitse-prezidentinin seçilməsi olub. AÜF-ün prezidenti Xanlar Fətiyev bu vəzifəyə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb. Müzakirələrdən sonra komitə üzvləri T.Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.
 
Qeyd edək ki, T.Abdullazadə buna qədər federasiyanın baş katibinin müavini vəzifəsində çalışıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31