20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

FIDE reytinqi: Şəhriyar irəlilədi, Teymur gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.
 
Futbolxeber.az-ın FIDE-nin saytına istinadən verdiyi məlumata görə, ötən ayla müqayisədə iki pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib.
 
Üç mövqe geriləyən Teymur Rəcəbov (2723) 28-ci ola bilib.
 
Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək Nicat Abasov "100-lük"dən kənardadır.
 
Siyahıda norveçli Maqnus Karlsen (2830) liderdir. ABŞ-dən olan Fabiano Karuana (2803) və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura (2789) "üçlüy"ü qapayır.
 
Qadın qrossmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.
 
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2559), üçüncü sırada Aleksandra Qoryaçkina (FIDE, 2553) yer alıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31