14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Bakıdakı turnirdə iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub

Martın 15-17-də Bakıda keçiriləcək "AGF Trophy" beynəlxalq turnirində iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, yarışda böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar), gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) təmsil edəcəklər.

Turnirin ilk iki günündə təsnifat, sonuncu gündə isə final mərhələsi keçiriləcək.

Yarışda Azərbaycanla yanaşı, Kanada, İran, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan komandalarını təmsil edən idmançılar qüvvələrini sınayacaqlar.

Böyüklər və gənclər arasında mübarizə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Burada yeniyetmələr də qüvvələrini sınayacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31