12 May 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Digər idman növləri

“Formula 1” Azərbaycan Qran-prisinin biletləri satışda

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula 1” “Qatar Airways” Azərbaycan Qran-prisi üçün “early bird” erkən bilet satışına start verib.
 
Futbolxeber.az saytının məlumatına görə, azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər.
 
Kampaniya martın 5-dək davam edəcək. Azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi bileti də təqdim ediləcək.
 
Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarışın nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trekətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.
 
Qeyd edək ki, Azərbaycanın 8-ci dəfə ev sahibliyi edəcəyi “Formula 1” Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31