15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Azərbaycanın yeniyetmə sablyaçıları Rumıniyadakı turnirdə çıxışlarını başa vurublar

Azərbaycanın yeniyetmə sablyaçıları Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Riposta Cup” turnirində çıxışlarını başa vurublar.
 
Futbolxeber.az saytının məlumatına görə, oğlanların şəxsi yarışında ən yaxşı göstərici 150-dən çox iştirakçı arasında 11-ci olan Nahid Məmmədliyə məxsusdur.
 
Timur Husnaddinov, Abbas Hüseynov və Rəsul Əliyev isə ümumi sralamada ilk "50-lik"də yer almağı bacarıblar.
 
Qız sablyaçıların şəxsi mübarizəsində 140 iştirakçı arasında iki qılıncoynadanımız ilk "20-lik"də yer alıblar. Valentina Zeynalova ümumi sıralamada 16-cı, Züleyxa Sultanlı isə 19-cu olub.
 
Yeniyetmə qız sablyaçıların komanda yarışında Valentina Zeynalova, Leyla Əhmədova, Fərəh Abasova və Züleyxa Sultanlıdan ibarət yığma ilk görüşündə Bolqarıstanı təmsil edən kollektivi 45:18 hesabı ilə məğlub edib. Növbəti görüşdə Rumıniya yığmasına 45:32 hesabı ilə qalib gələn milli finala yüksəlmək uğrunda keçirilən görüşdə Böyük Britaniya komandasına 28:45 hesabı ilə uduzub.
 
Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət sablya üzrə yeniyetmə oğlanlardan ibarət komanda ümumi sıralamada beşinci olub.
 
İlk görüşündə Bolqarıstan yığmasına 45:39 hesabı ilə qalib gələn komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rumıniya millisinə 44:45 hesabı ilə uduzub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30