17 Dekabr 2025, Çərşənbə
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Digər idman növləri

Cüdo üzrə Azərbaycan birinciliyində qarışıq komanda yarışı keçirilib

Cüdo üzrə yeniyetmələr (U-18) arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda 8 komandadan 72 idmançı medallar uğrunda mübarizə aparıb.

Qızlar 48 kq, 63 kq və +63 kq, oğlanlar isə 60 kq, 81 kq və +81 kq çəki dərəcələrində güclərini sınayıblar. Yarışın final görüşü Bakı şəhəri 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə "Təhsil" Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi arasında keçirilib.

"Təhsil" Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 4:3 hesabı ilə qalib gələrək komanda yarışının kubokunu və qızıl medallarını qazanıb. Bakı şəhəri 13 saylı İOEUGİM 2 və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi üçüncü olublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31