18 Noyabr 2025, Çərşənbə axşamı
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Digər idman növləri

Azərbaycan millisinin üzvü təcili Bakıya çatdırılıb əməliyyat olundu

Azərbaycan millisinin və "Xarı Bülbül" (Şuşa) klubunun voleybolçusu Tural Həsənli əməliyyat olunub.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb. Hazırda onun durumunun qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, “Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30