5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Digər idman növləri

Azərbaycan şahmatçısı dünya çempionu oldu

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatı başa çatıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan şahmatçısı Məhəmməd Muradlı 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb və dünya çempionu tituluna yiyələnib. 
 
Qadın şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva blits üzrə dünya çempionatında bürünc medal qazanıb.
 
Xatırladaq ki, iki gün öncə rapid üzrə dünya çempionatında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva birinci yerə layiq görülərək dünya çempionu olub.
 
Beləliklə Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal əldə edib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31