19 Aprel 2026, Bazar günü
Nazirdən "Neftçi" paylaşımı
"Zirə"nin futbolçusu mükafatlandırıldı
Kurban Berdiyevdən qələbə şərhi
Hidayət Heydərov finalda uduzdu

Digər idman növləri

Karateçilərimiz Rusiyadakı turnirə yollanıblar

Oktyabrın 13-15-də Rusiyanın Rostov-na-Donu şəhərində “Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə beynəlxalq festival-turnir və sözügedən tədbir ərəfəsində koşiki karate-do üzrə təcrübəli məşqçilərin iştirakı ilə seminar keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının komandası da kata və kumite üzrə həmin yarışlara, eləcə də seminara dəvət alıblar.

Federasiya tərəfindən 1 məşqçi və 11 idmançıdan ibarət komanda formalaşdırılıb və Rusiyaya yola salınıb.

Oğlanlardan Fuad Salayev (10-11 yaş, 30 kq), Tuncay Xudakərimov (12-13 yaş, 37 kq), Xanhəsən Feyziyev (12-13 yaş, 37 kq), Mirrauf Əlizadə (12-13 yaş, +50 kq), Musa Əkbərli (14-15 yaş, 50 kq), Ramal Fətullayev (14-15 yaş, +70 kq), Kənan İsmayılzadə (16-17 yaş, 65 kq), Eyvazxan Məlikov (16-17 yaş, 75 kq), qızlardan isə Zeynəb Mövsümzadə (12-13 yaş, 45 kq), Fatimə Mövsümzadə (14-15 yaş, 50 kq), Sevinc Mövsümzadə (+18 yaş, 55 kq və 65 kq) qüvvəsini sınayacaqlar.

Azərbaycan Koşiki Karate-do Federasiyasının baş məşqçisi Nazim Mövsümzadə turnir çərçivəsində oktyabrın 13-də Rusiya Koşiki Karate-do Federasiyasının prezidenti Aleksandr Sokovikovla birgə seminar keçirəcək. Onun veteranlar arasında kata yarışında iştirakı da gözlənilir.

Yığmanın hər idmançısı iki növ - kata və kumite üzrə mübarizəyə qatılacaqlar. Əsas yarışlar 14-15 oktyabrda baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30