5 Noyabr 2025, Çərşənbə
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Digər idman növləri

Azərbaycanın 2 boksçusu Avropa Kubokunda medalı təmin edib

Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib.
 
Futbolxeber.az saytının məlumatına görə, Malik Həsənov (63,5 kq) və Mirşərif Kazımzadə (75 kq) yarımfinala yüksəlməklə buna nail olublar.
 
M.Həsənov 1/4 finalda fransalı Lunes Hamrauini mübarizədən kənarlaşdırıb. O, yarışda üçüncü döyüşünü israilli Ahmat Ştiviyə qarşı keçirəcək.
 
M.Kazımzadə isə yarımfinal yolunda Qabriel Debaniçə (Xorvatiya) 5:0 hesabı ilə qalib gəlib. İdmançımızın növbəti raunddakı rəqibi rusiyalı Cambulat Bijamov olacaq..
 
Hər iki boksçu yarımfinal görüşünə oktyabrın 13-də çıxacaq.
 
Qeyd edək ki, Avropa Kubokunun beşinci günündə millimizin 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kq) Canluici Malanqa (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) isə Miroslav Kapulerlə (İsrail) üz-üzə gələcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30