18 May 2026, Bazar ertəsi
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?
“Uşaqlar maksimumunu ortaya qoydu”
"Neftçi" və "Zirə" qalib gəldi

Digər idman növləri

Azərbaycan cüdoçuları Qoridə təlim-məşq toplanışında iştirak edirlər

Azərbaycanın müxtəlif regionlarından olan 15 yaşadək cüdoçular Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışında iştirak edirlər.

Futbolxeber.az saytının məlumatına görə, yerli idmançılarla ilə birlikdə keçirilən hazırlıq prosesinə ölkənin 31 cüdoçusu qatılıb.

Ayın əvvəlində start götürən toplanış oktyabrın 13-dək davam edəcək. Yeniyetmə cüdoçulara ACF-nin regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusov rəhbərlik edir.

Toplanış müvafiq yaş qrupu üzrə region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması və gələn il baş tutacaq Azərbaycan birinciliyinə hazırlıq məqsədini daşıyır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31