15 Fevral 2026, Bazar günü
Rəşad Sadıqovdan qələbə şərhi
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi

Digər idman növləri

Azərbaycan boksçusu Avropa Kubokunda 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 finala yüksəlib.
 
Futbolxeber.az Azərbaycan Boks Federasiyasının saytına istinadən verdiyi məlumata görə, 67 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda ispaniyalı Adrian Krusa qalib gəlib.
 
Döyüş İsgəndərovun 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26) hesablı üstünlüyü ilə yekunlaşıb. O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.
 
Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 boksçumuz rinqə çıxacaq. Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5 kq) Lunes Hamraui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya), Eldar Quliyev (86 kq) isə Aleksey Alfiorovla (Belarus) döyüşəcək.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28