5 Noyabr 2025, Çərşənbə
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Digər idman növləri

Avropa Kuboku: Azərbaycanın 3 boksçusu 1/4 finala yüksəlib

Azərbaycanın 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 finala yüksəlib.
 
Futbolxeber.az saytının məlumatına görə, 29 ölkədən 156 idmançının qatıldığı yarışın ikinci günündə Tayfur Əliyev, Sərxan Əliyev və Malik Həsənov 1/8 final səddini uğurla keçiblər.
 
T.Əliyev 60 kq çəkidə ilk döyüşündə italiyalı Cüzeppe Kanonikoya heç bir şans verməyib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Avropa Oyunlarının mükafatçısı növbəti döyüşünü oktyabrın 12-də Rusiyanı təmsil edən Arşak Tovmasyana qarşı keçirəcək.
 
Tayfur Əliyevin qardaşı Sərxan Əliyev 71 kq çəkidə rinqə çıxıb. O, Toni Cası (İBAN) 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. S.Əliyev iki gün sonra 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək.
 
63,5 kq-da qüvvəsini sınayan Malik Həsənov isə polşalı Bartumey Roskoviçi mübarizədən kənarlaşdırıb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçu oktyabrın 11-də fransalı Lunes Hamrauini sınağa çəkəcək.
 
Qeyd edək ki, Avropa Kubokunun 3-cü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kq) belaruslu Cianis Salotski ilə, Nəbi İsgəndərov (67 kq) isə ispaniyalı Adrian Krusla (İspaniya) görüşəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30