14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Boksçularımız beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycanın yeniyetmə boksçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, yığma 1 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib.

4 ölkənin (Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan) ümumilikdə 155 idmançısının qatıldığı yarışda Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) ikinci, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) üçüncü yeri tutublar. Komandaya məşqçilər Ayaz Baxşıyev və Zaur Məmmədov rəhbərlik ediblər.

Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.

Qeyd edək ki, Azərbaycan boksçuları Bakıya bu gün qayıdacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31