Digər idman növləri
Azərbaycan Karate Federasiyaları Assosiasiyasının ümumrespublika yığıncağı keçirilib
21 may 2023-cü il tarixində Bakı İdman Sarayında Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) rəhbərliyinin, karate idman növü üzrə hakim və məşqçilərin geniş tərkibdə iştirakı ilə ümumrespublika yığıncağı keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, ölkənin 27 bölgəsindən 200-ə yaxın hakim və məşqçi heyətinin iştirak etdiyi iclasda əvvəlcə AKFA-nın İdarə Heyətinin üzvləri çıxış edərək, yeni rəhbərliyin seçilməsindən ötən 3 ay ərzində görülən işlərdən, gələcək planlardan söhbət açıblar.
AKFA-nın prezidenti, Milli Məclisin üzvü Ülvi Quliyev karate idman növü üzrə aparıcı federasiyaların təmsil olunduğu qurumun ötən qısa müddətdə dövlətin yürütdüyü idman siyasəti əsasında, Gənclər və İdman Nazirliyinin tövsiyələri istiqamətində səmərəli fəaliyyətindən bəhs edib. AKFA prezidenti məşqçi və hakimlərin fəaliyyətinin yenidən qurulması, idmançıların, habelə hakimlərin yerli və beynəlxalq yarışlarda iştirakı, karate idman növündə mənfi tendensiyaların qarşısının alınması məsələləri ilə bağlı müvafiq təlimat əsasında assosiasiyanın həyata keçirəcəyi tədbirlər və nəzarət funksiyası haqqında da geniş məlumat verib.
Yığıncaqda çıxış edən AKFA-nın vitse-prezidenti Füzuli Musayev dövlət başçısının tapşırığı ilə idman sahəsində də islahatlar aparıldığını, həmin islahatların tərkib hissəsi kimi rəhbərliyində təmsil olunduğu qurumun işini yenidən və daha mükəmməl şəkildə quraraq karate ictimaiyyətinin birliyi naminə federasiya və klublarla əlbir olaraq çalışacağını dilə gətirib.
Daha sonra iclasda iştirak edən məşqçi, hakim və idmançıların təklifləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı müxtəlif suallar cavablandırılıb və müvafiq qərarlar qəbul olunub.
İclasın sonunda AKFA-nın prezidenti Ülvi Quliyev tədbirin keçirilməsində mühüm təşkilati dəstəyə görə Bakı İdman Sarayının rəhbərliyinə və Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynova xüsusi təşəkkürlərini çatdırıb.
Qeyd edək ki, tədbirdən öncə Bakı İdman Sarayında Azərbaycan Karate Federasiyaları Assosiasiyasının İdarə Heyətinin növbəti iclası da keçirilib, eyni zamanda AKFA-nın Hakimlər komitəsinin rəhbərliyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə hakimlər üçün seminar da baş tutub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























