13 Yanvar 2026, Çərşənbə axşamı
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu
"Karvan-Yevlax"dan transfer

Digər idman növləri

Astarada keçiriləcək basketbol turnirində qruplar və təqvim müəyyənləşib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında "Astara" mərhələsinin qrupları və təqvimi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Misir, Ukrayna, B qrupunda Çin, Çexiya və Avstriya, C qrupunda Polşa, Yuanda klubu, Azərbaycan, D qrupunda isə Rumıniya, Macarıstan və "Neftçi" klubu yer alıb.

Reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. "Astara" mərhələsinin açılış oyunu mayın 20-də saat 12:40-da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq.

Azərbaycan yığmasının ilk matçı saat 13:30-da Polşa millisinə, "Neftçi" klubunun oyunu isə saat 13:55-də Rumıniya seçməsinə qarşı olacaq.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31