14 Noyabr 2026, Şənbə
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Avropa çempionatında iştirak edəcək ağırlıqqaldıranlarımız İrəvana çatıblar

Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları İrəvana çatıblar.

Futbolxeber.az saytının “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bu barədə yarışa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Arayik Arutyunyan jurnalistlərə açıqlama verib.

O bildirib ki, İrəvana 12 nəfərlə gələn heyət əlavə təhlükəsizlik zəmanəti istəyib: "Biz də təmin etdik. İdmanda münaqişəli ölkələrdən komandaların qəbulu adi təcrübədir. Ermənistan və Azərbaycan da Xorvatiya, Kosovo və digər ölkələr kimi Avropa Ağırlıqqaldırma Federasiyasının üzvləridir. Azərbaycan Avropa çempionatında iştirak üçün ərizə verə bilərdi və bunu da etdi".

"Sputnik Armenia"nın iddiasına görə, Azərbaycan nümayəndə heyətini Zvartnots hava limanında gücləndirilmiş polis dəstəsi qarşılayıb, xüsusi təyinatlılar də orada olub.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 4 ağırlıqqaldıranı qüvvəsini sınayacaq.

 

   

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30