14 Noyabr 2026, Şənbə
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Hakkinen: “Hazırda Ferstappendən güclü pilot olduğuna inanmıram”

“Formula-1” üzrə iki qat dünya çempionu Mika Hakkinnen 2023 mövsümü haqda fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, veteran pilot Maks Ferstappeni qarşıdakı mövsümün favoriti qismində gördünüyü bəyan edib:

“Maks Ferstappen çox güclü yarışçıdı. O, indiki səviyyəyə çatmaq üçün çox çalışıb. Hazırda Ferstappendən güclü pilot olduğuna inanmıram. Qazandığı titullar onu daha da güclü edir. Yaşı elə də çox deyil. Üstəlik, komandası da onun bacarığına bələddir. Açıq-aşkar görünür ki, Maks hazırda yaxşı formadadı. Odur ki, mövsümün favoriti məhz odur. Komandası hər hansı ciddi səhvə yol verməsə, rəqiblər üçün onunla mübarizə aparmaq çox çətin olacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30