15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

51 yaşda 1100-cü qol və yeni dünya rekordu

Hokkeyin canlı əfsanəsi Yaromir Yaqr öz rekordunu yeniləyib.

Futbolxeber.az saytının “iSport.cz”ə istinadən verdiyi məlumata görə, hazırda vətənində “Kladno” klubunun şərəfini qoruyan 51 yaşlı hokkeyçi peşəkar karyerası ərzində 1100-cü qolunu vurub. Yaqr “Olomouts”la matçda fərqlənib.

Təcrübəli hokkeyçi 844 dəfə NHL-də, 108 dəfə Çexoslovakiya və Çexiya çempionatlarında, 83 dəfə KHL-də, daha 55 dəfə isə Çexoslovakiya və Çexiya millilərində fərqlənib.

Qeyd edək ki, bundan öncəki qolu ilə Yaqr digər əfsanə Ueyn Qretskinin (1098 qol) rekordunu yeniləmişdi.

Hokkey tarixi ərzində ən çox qol vuran hokkeyçilərin “beşliy”ində həmçinin, Hordi Hou (1074 şayba), Bobbi Hall (1030) və hazırda “Vaşinqton”un kapitan sarğısını daşıyan Aleksandr Oveçkin (994) yer alıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30