Digər idman növləri
“Qoallisimo” komandası media turnirinin qalibi oldu
22 iyul Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat üzrə komanda yarışına yekun vurulub.
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı və “Azərlotereya”nın baş sponsorluğu ilə keçirilən turnirin final mərhələsində maraqlı anlar yaşanıb.
1/4 finalda “FutbolTrend” komandası (Faiq Tahirov, Vüqar Vüqarlı) “Siciliya müdafiəsi”nə (İlkin Vidadioğlu, İbrahim Məmmədov) qalib gəlməklə yarımfinala adlayıb. B qrupunun lideri “Qoallisimo” (Aysel Adıgözəlli, Səddam Laçın) 1/4 finalda digər qrupda dördüncü yeri tutan “Veni Vidi Vici”ni (Seymur Teymurov, Vüqar Məmmədov) üstələyib. Digər oyunda Murad Əliyevlə Seymur Baxşıyevdən ibarət “Master” komandası “Ağ-qara”nı təmsil edən Sərxan Musalı-İman Məcidov duetinə uduzmaqla mübarizəni dayandırıb.
1/4 finalda ən gərgin oyun “Firavan” (Pünhan Şükür, Bəxtiyar Məcidli) və “Savalan” (Elmidar Əliyev, Samirə Allahverdiyeva) arasında yaşanıb. Samirə Allahverdiyeva yarışda iştirak edə bilmədiyinə görə Elmidar Əliyev mübarizəni tək davam etdirib. Qaydalara əsasən oyuna 0-1 hesabı ilə geridə başlayan (ikinci lövhədə komanda yoldaşı olmadığına görə məğlubiyyət hesablanıb) Elmidar Əliyev həm ağlarla, həm də qaralarla partiyanı udmaqla cütün taleyini armageddona daşıyıb. Püşkə əsasən qara fiqurları seçən E.Əliyev növbəti qələbə ilə yarımfinalda iştirak hüququ qazanıb.
Yarımfinalda “Qoallisimo” komandası iddialı “Ağ qara” ilə üz-üzə gəlib. İki oyundan sonra ümumi hesab bərabər olduğundan mübarizə armageddonda davam edib. Burada qara fiqurları seçən “Qoallisimo” birinci lövhədə qazanılan qələbə sayəsində finala adlayıb. Digər yarımfinalda “FutbolTrend” dueti “Savalan”ı təkbaşına təmsil edən Elmidar Əliyevi gərgin mübarizənin sonunda məğlub etməyi bacarıb.
Üçüncü yer uğrunda görüşdə “Ağ-qara” komandası “Savalan”dan güclü olub. Sərxan Musalı həlledici görüşdə həmkarı Elmidar Əliyevi üstələməklə komandasına üçüncülük qazandırıb. Finalda isə “Qoallisimo” güclü “FutbolTrend”ə qalib gəlib. İki oyundan sonra ümumi hesab bərabər olduğundan mübarizə armageddonda başa çatıb. Burada qara fiqurları seçən “Qoallisimo”nın birinci lövhəsində Aysel Adıgözəlli həmkarı Faiq Tahirovu məğlub etməklə komandasının birinci yer tutmasında önəmli rol oynayıb.
Beləliklə, “Ağ qara” komandasının üzvləri Sərxan Musalı (Azərbaycan Güləş Federasiyasının mətbuat katibi) və İman Məcidov (Space TV) turniri üçüncü yerdə başa vurub. Faiq Tahirov (Futbolpress.az) və Vüqar İmanov (Trend.az) yalnız finalda uduzmaqla ikinci olub. “Qoallisimo” komandasını təmsil edən Aysel Adıgözəlli (qol.az) və Səddam Laçın (ARB TV) yarışın qalibi adını qazanıb. Yaxın günlərdə keçiriləcək bağlanış mərasimində ilk üç yeri tutacaq komandalara pul mükafatı, sponsorlardan qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Eyni zamanda bağlanış mərasimində Təşkilat Komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək.
Qeyd edək ki, jurnalistlər arasında şahmat çempionatı “Azərloteraya”nın baş sponsorluğu, Coca Cola, yapon saatı markası CASIO EDIFICE, Cinema Plusun sponsorluğu, Azerçay və Cofe Enjoy-un tərəfdaşlığı ilə keçirildi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























