2 Noyabr 2025, Bazar günü
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da
“Belə də davam etməliyik”
"Qarabağ" "İmişli"yə qalib gəldi

Digər idman növləri

Millimizin baş məşqçisi: "Hədəf hər iki yarışda uğurlu çıxış etməkdir"

"İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat mərhələsində uğurlu iştirak üçün iyundan təlim-məşq toplanışına başlamışıq. Bu yarışlara hazırlıq üçün iki aylıq planımız var".

Futbolxeber.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Eldar Yusubov qarşıdakı yarışlara hazırlıq barədə federasiyasının rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.

Mütəxəssis 17 gündür Bakıda məşq etdiklərini xatırladıb: "Bəzi oyunçularımız bu ayın sonunda bizə qoşulacaqlar. Plana uyğun olaraq, iyunun 25-dən iyulun 5-dək Mingəçevirdə təlim-məşq toplanışı keçəcəyik. Bu hazırlıqdan sonra yoxlama oyunlarında gücümüzü də yoxlamaq istəyirik".

O bildirib ki, hədəf hər iki yarışda uğurlu çıxış etməkdir: "İstəyirik ki, İslamiadadan vətənə medalla qayıdaq. Ardınca isə AVRO-2023-ə vəsiqə əldə etməyi qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, bunları bacaracağıq".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30