15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

FİDE reytinqi: Şəhriyar gerilədi, Teymur mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk "10-luq"da heç bir təmsilçimiz yer almayıb.

Şəhriyar Məmmədyarov 2751 xalla 7 pillə geriləyib. O, 14-cü yerdə qərarlaşıb. Teymur Rəcəbov 2753 xalla 13-cü sıradakı mövqeyini qoruyub. Qədir Hüseynov (2668) 78-ci, Rauf Məmmədov (2656) isə 88-ci pillədə qərarlaşıb.

Siyahıya Maqnus Karlsen (2864, Norveç) başçılıq edir. Dinq Liren (2806, Çin) 2-ci, Alireza Firuzca (2793, Fransa) 3-cü pillədə qərarlaşıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2454) 26-cı, Gövhər Beydullayeva (2390) 59-cu, Gülnar Məmmədova (2380) 68-ci pillədə qərarlaşıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30