Digər idman növləri
Arif Rəhimov: "Azərbaycan Qran-prisi üçün biletlərin 60 faizini əcnəbi azarkeşlər alıb"
“Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün biletlərin 60 faizini əcnəbi azarkeşlər alıb".
Futbolxeber.az saytının məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "F1news"a müsahibəsində deyib.
O bildirib ki, əvvəlki illərdə də hər zaman belə olub. Yəni yerli sakinlərə satış son dəqiqələrdə həyata keçirilib: "Biz bu il ölkə daxilində 2019-cu illə müqayisədə daha çox bilet satmışıq. Xaricilərin biletləri daha tez almaları təəccüblü deyil. Onlar uçuş biletləri əldə etməli, otel bronlaşdırmalıdırlar".
Rəhimov turistlərin Azərbaycana qayıdışını müsbət hal kimi dəyərləndirib: "Bu il Qran-pri Bakıda ideal iqlimin, isti və günəşli havanın olduğu iyunda keçiriləcək. Tendensiya çox yaxşıdır. Əminəm ki, yarış həftəsonunadək bütün biletləri sata biləcəyik. Azarkeşləri iyunda qarşılamaqdan məmnun olacağıq. Bu il COVİD-19-la bağlı heç bir problemimiz olmayacaq".
İcraçı direktorun sözlərinə görə, Bakıda hamı üçün bütün lazımi təhlükəsizlik tədbirləri görüləcək. BŞH rəhbəri Azərbaycan Qran-prisinin son illər "Formula 1" təqvimində populyar yarışlardan biri olmasının səbəblərini də açıqlayıb: "Səbəblərdən biri asta və sürətli iştirakçılar arasında optimal balansdır. Dəyişkən relyef və fərqli-fərqli döngələr yarışa köklənmə axtarışını çətinləşdirir. Əvvəlki beş Azərbaycan Qran-prisinin hər birində qaliblər fərqli olub. Əminəm ki, bu il də yeni qalib görəcəyik. Bakı mərhələsi hər il hamını təəccübləndirir. 2017-ci ildə Sebastyan Fettel və Lüis Hemiltonun məşhur toqquşmasını, yaxud sonrakı il "Red Bull" pilotlarının toqquşmasını yada salın. Maks Ferstappenin trasdan çıxdığı və yarışın taleyinin son döngələrdə həll olunduğu ötənilki dramı da unutmayaq. Azarkeşlər bilirlər ki, Azərbaycan Qran-prisini qaçırmaq olmaz. Çünki burada hər şey ola bilər. Bu, mövsümün nəticəsi əvvəlcədən bilinməyən yarışıdır"!
Rəhimov yeni nəsil maşınlarla mübarizənin daha maraqlı olacağına əminlik ifadə edib: "Bu il əla tamaşa alınacaq. Elə ilk mərhələlərdə DRS-in effekti nəzərə çarpacaq dərəcədə güclənib. Son döngədən çıxışın uzunluğunu nəzərə alsaq, DRS-in ikinci zonasından sonra birinci və üçüncü döngədə çoxlu ötmələr görəcəyik. Bizim trasda ötmə etməyin mümkünlüyünü gördük. Ona görə də daha maraqlı yarış izləyə biləcəyimizi təsəvvür edirəm".
Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























