1 Iyul 2026, Çərşənbə
Millimizin oyunu Gəncədə
“Neftçi”nin rəqibləri müəyyənləşdi
"Zirə" Türkiyə klubuna uduzdu
Adil Şükürov “Sumqayıt”la anlaşdı

Digər idman növləri

FİDE reytinqi: Məmmədyarov irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov iki pillə irəliləyərək 2782 xalla 6-cı sırada qərarlaşıb. Teymur Rəcəbov isə 2763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2665) 2 pillə irəliləyərək 72-ci ola bilib. 11 pillə geriləyən Nicat Abbasov (2656) isə 84-cü yerlə kifayətlənib. Rauf Məmmədov 3 addım irəliləyib və 87-ci sıradadır.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2460) 4 pillə irəliləyərək 25-ci, 5 pillə irəliləyən Gülnür Məmmədova (2385) 77-ci olub. Xanım Balacayeva (2376) isə 91-cı sıradakı mövqeyini qoruyub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31