15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Karateçilərimizdən Kiprdə uğurlu çıxış

Uşaq, yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandalarımız Kiprin Limassol şəhərində gənclərin Karate1 Liqa yarışında uğurla çıxış edib.

Futbolxeber.az saytının məlumatına görə, yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyət 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.

14-15 yaşlı yeniyetmələrdə Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) qızıl medala, Mehralı Məmmədov (+70 kq) gümüş, Amin Yadigarlı (-52 kq) və Aysu Əliyeva (-47 kq) isə bürünc mükafata sahib olub. 16-17 yaşlı gənclərdə isə Fərid Savadov (-55 kq) yarışın qalibi, Nicat Kərimli (-61 kq) isə bürünc mükafatçı olub.

Aşağı yaşlı karateçilərimizi həmçinin, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin, kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edib. Beynəlxalq referi Mais Mədətov isə yarışın hakimləri arasında olub. 

4-6 iyun tarixlərində yarışda 37 ölkədən 760 idmançı iştirak edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30