Digər idman növləri
Teymur Rəcəbov: “Çıxışını Vətənində birinci şəxslər qiymətləndirirsə...”
Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. Futbolxeber.az saytı müsahibəni təqdim edir:
- İlk olaraq “Airthings Masters” onlayn turnirində qələbə barədə danışaq. Yəqin final görüşü daha çətin alındı?
- Əlbəttə. Adətən turnirdə ən yaxşı formaya malik, inamlı mübarizə göstərən və ən yaxşı nəticə əldə edən iştirakçılar finala vəsiqə qazanır.
- Bu turnirdə siz bir qədər emosional göründünüz. Adətən Teymur Rəcəbovu belə izləməzdik...
- Yaşımız artır (gülür). Əslində, çox böyük fiziki və emosional gərginlik yaşadım. Ümumilikdə 9 gün ərzində 35 partiya oynadım. Fərqli reqlament olmasına baxmayaraq, bəzən klassik oyun oynamaqdan qat-qat çox güc istifadə olunur. Gün ərzində tay-brekləri nəzərə almadan dörd partiya oynanılırdı. Və belə çətin yarışın finalında qələbə qazandıqdan sonra neçə gündür hiss etdiyin bütün bu gərginlik səni tərk edir. Sevinc göz yaşlarını gizlətmək çətin olur. Əvvəllər duyğularımı idarə edirdim. Ancaq burada alınmadı.
- Qələbədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sizi təbrik etdi...
- Əgər sənin çıxışını Vətənində birinci şəxslər qiymətləndirirsə, bu, inanılmaz dərəcədə xoşdur və şərəflidir. Bu, artıq ikinci təbrikdir (ilk dəfə 2019-cu ildə Dünya Kubokunda qələbə qazandıqdan sonra). Bu anda yüksək mənəvi yüksəliş və ölkəm üçün faydalı olmaq arzusu yaşadım.
- Qarşıda hansı yarışlarda iştirak edəcəksiniz?
- Fevral, mart və may aylarında dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun növbəti mərhələlərində iştirak edəcəyim gözlənilir. Sonra ilin sonuna qədər yarışlar var. Avropa və dünyada epidemioloji vəziyyətdən asılı olaraq bəzi turnirlərin təxirə salınması və ya ləğvi istisna olunmur.
- Pandemiyaya görə Yekaterinburqda keçirilən İddiaçılar Turnirində iştirakdan imtina etdiniz. Yarış ilk dövrədən sonra dayandırıldı. İddiaçılar Turnirində iştirakçıların sırasına bərpa olunacağınız gözlənilirmi?
- Məsələ bundadır ki, İddiaçılar Turnirində iştirak etməkdən imtina etməmişəm. Yalnız FİDE-yə bu turniri təxirə salma xahişi ilə məktub göndərdim, çünki pandemiya zamanı iştirakçıların məhdudiyyətlərə görə tam gücləri ilə oynaya bilməyəcəklərini düşünürdüm. Turdan əvvəl testin verilməsi, hərarətin ölçülməsi, oteldən çıxmağa qadağanın qoyulması təsirsiz ötüşmür. Şahmatçılardan biri xəstələnsə, nə ediləcəyi bəlli deyildi və s. İddiaçılar Turniri artmaqda olan pandemiya vaxtı 22 gün müddətində keçirməli idi. Maska geyinməklə demək olar xəstəxana şəraitində şahmat oynamağın psixoloji baxımdan çətin olacağını düşünürdüm. Yeri gəlmişkən, bu turnir martın 15-də başlandı və sona çatdırılmadı. Ümid edirəm ki, FİDE məni dünya çempionu adı uğrunda mübarizədə mühüm yarış hesab edilən İddiaçılar Turnirindən kənarda qoymamaq üçün məqbul bir həll tapacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
-
01:04
DÇ-2026-da yarımfinalın ilk cütü müəyyənləşdi
-
00:58
DÇ-2026: İspaniya yarımfinalda
-
23:15
“Araz-Naxçıvan” məşqlərə başladı
-
22:59
Yuri Vernidub: “Qələbə qazanmaq xoşdur”
-
21:24
"Neftçi"dən böyük hesablı qələbə
-
20:49
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
-
18:33
“Mançester Siti”dən qapıçı transferi
-
18:07
Şahmat Olimpiadasında iştirak edəcək millilərimizin heyəti müəyyənləşib
-
17:52
Azərbaycan çempionunda yeni müqavilə
-
16:41
Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb
-
16:25
“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi
-
15:58
“Karvan-Yevlax”da yeni baş məşqçi
-
15:30
Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
-
15:16
Zubir Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolunu vurub
-
14:49
“Şəfa" fransız yarımmüdafiəçi ilə gücləndi
-
14:24
Boksçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
-
14:03
Ramalinqomun yeni klubu müəyyənləşdi
-
13:37
İsgəndərlinin komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
-
13:12
“Sumqayıt”ın yeni baş məşqçisi klubun infrastrukturu ilə tanış olub FOTOLENT
-
12:55
Duran: “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdir”
-
12:41
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olunub
-
12:28
Kamilo Duran rəsmən “Seltik”də
-
12:00
"Neftçi"nin potensial rəqiblərinin oyununda bir qol VİDEO
-
11:39
Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
-
10:54
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
-
10:33
“Sileks” “Neftçi”yə yaxınlaşdı, Litvada qalib aşkarlanmadı
-
10:17
Romao Rusiya klubuna keçdi
-
10:02
Fransa Mərakeşi 2 qolla üstələdi VİDEO
-
09:45
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
-
02:00
DÇ-2026: Fransa yarımfinalda
-
22:45
Qurban Qurbanov: "Çox məsuliyyətli olmalıyıq, gözləntilər böyükdür"
-
22:24
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
-
21:52
"Qarabağ"dan böyük hesablı qələbə
-
21:19
Karim Rossi “Qəbələ”yə keçdi
-
20:23
"Şamaxı"dan yeni transfer
-
20:00
"Kəpəz" daha bir legioneri göndərdi
-
19:31
"Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi FOTOLENT
-
18:57
"Qarabağ" - "Vestri": Heyətlər açıqlandı
-
18:14
"Arsenal"dan qapıçı transferi
-
17:48
Rafael Markes Meksika millisində
-
17:06
Azərbaycan qolfçuları Fransada iki medal qazanıblar
-
16:25
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
-
15:52
"Şəfa" niderlandlı yarımmüdafiəçi transfer etdi
-
15:31
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzalayıb
-
15:19
Aydın Bayramov: “Bizi səfərdə çətin oyun gözləyir”
-
14:43
Portuqaliya millisini o çalışdıracaq
-
14:00
Azərbaycanın 12 avarçəkəni Gürcüstandakı reqatada iştirak edəcək
-
13:27
Vüsalə Kazımova Millətlər Liqasında FIVB-nin tibbi nümayəndəsi olacaq
-
13:14
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
-
12:58
"Qarabağ"ın "Vestri" üçün heyəti
11.07.2026
10.07.2026
09.07.2026























