14 Noyabr 2026, Şənbə
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Rəcəbov yenidən Aronyanla qarşılaşacaq

Fevralın 6-dan 14-dək “Champions Chess Tour” Onlayn şahmat seriyasının növbəti mərhələsinin oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Opera Euro Rapid” adlanan seriyanın üçüncü turnirində iştirak edəcək.

Mükafat fondu 100 min ABŞ dollar olacaq yarışda təmsilçimizin rəqiblərindən  son vaxtlarda bir neçə dəfə məğlub etdiyi erməni Levon Aronyan olacaq.

Yarışda ümumilikdə 16 şahmatçı iştirak edəcək. Rəcəbov, Aronyanla yanaşı, Maqnus Karlsen, Din Liren, Hikaru Nakamura, Uesli So, Yan Nepomnyaşi, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk, Aniş Giri, Lenye Dominqes, Yan Kşiştof Duda, Vidit Qudjrati, Sem Şenklend, Danil Dubov və Mattias Blyubaum da qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30