16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
Kurban Berdıyevdən qələbə şərhi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu

Digər idman növləri

Azərbaycan idmanına ağır itki üz verdi

Azərbaycan idmanına ağır itki üz verib.

Futbolxeber.az saytının məlumatına görə, boks üzrə milli komandanın sabiq baş məşqçisi Məmməd Eyvazov 69 yaşında dünyasını dəyişib.

M.Eyvazov 17 noyabr 1951-ci ildə dünyaya gəlib. O, idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın Əməkdar Məşqçisi, Fəxri Bədən tərbiyəsi və İdman İşçisi, Azərbaycan Respublikasının Əməkdar İdman Xadimi, Prezident Təqaüdçüsü və Tərəqqi medalları ilə təltif olunub. Uzun illər (2001-2008-ci illər) Azərbaycanın Boks üzrə milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında yığmamız dünya və Avropa çempionatlarından Vətənə bir çox medallarla qayıdıb. Məmməd Eyvazovun rəhbərliyi ilə komanda Afina 2004 Yay Olimpiya Oyunlarından Vətənə 2 bürünc medal gətirib.

M.Eyvazov Azərbaycana dönməmişdən qabaq bir neçə il Türkiyədə çalışıb və onun rəhbərliyi altında tələbəsi Malik Bəyləroğlu 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Türkiyə adına gümüş medal qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31