Digər idman növləri
Bakıda ilk dəfə cüdoda gender bərabərliyi üzrə konfrans keçirilib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) Gender bərabərliyi üzrə komissiyası cüdoda qadın və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransını Bakıda təşkil edib.
Futbolxeber.az saytının məlumatına görə, “Hilton Hotel”də IJF prezidenti Marius Vizerin də qatıldığı tədbir qurumun yarışlar üzrə meneceri Liza Allanın rəhbərliyi altında gerçəkləşib.
İclasa Yaponiya Cüdo Federasiyasının prezindenti Yasuxiro Yamasita, rumıniyalı deputat Rozalia-İbolya Biro, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorak, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkeri, yaponiyalı Akiko Amano, braziliyalı Yuko Fuji, kosovolu Driton Kuka və Maylinda Kelmendi, avstriyalı Sabrina Filtsmozer, müxtəlif milli federasiyaların nümayəndələri və digər şəxslər iştirak ediblər.
M.Vizer, eləcə də çıxış edən digər şəxslər idmanda gender bərabərliyinin önəminə diqqət çəkiblər. Bu sahədə düzgün strategiyanın və balansın olmasının vacibliyi vurğulanıb.
Y.Yamasita komissiyaya öz dəstəyini nümayiş etidirib və gender məsələsinin rəhbəri olduğu qurumda geniş müzakirə olunacağını söyləyib. O, digər milli federasiyaları da idmanda cinsi ayrıseçkiliyə qarşı mübarizəyə səsləyib.
S.Çorak isə çıxışı zaman kişi cüdoçuların ilk dəfə 1964-cü il Tokiyo Yay Olimpiya Oyunlarında, qadınların isə xeyli gec – 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında iştirakına icazə verildiyinə diqqət çəkib. O, bildirib ki, 2017-ci ildə IJF-nin gender bərabərliyi ilə bağlı sorğusuna milli federasiyaların cəmi 26 faizi reaksiya verib. Xorvaxtiyalı funksionerin sözlərinə görə, quruma üzv olan ölkələrin cəmi 20 faizində bu istiqamətdə fəal iş aparılır.
S.Filtsmozer çıxışı zamanı bildirib ki, müxtəlif cüdo yarışlarında kişi və qadınlar üçün nəzərdə tutulan mükafatın məbləğinin bərabər olması müsbət haldır.
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Yaponiyanın ilk qadın referisi kimi debüt edən A.Amano isə xanımların daha çox hakimliyə cəlb edilməsinin vacibliyini vurğulayıb. K.Korkeri isə bildirib ki, dünyada cüdonun popluyarlığını daha da artırmaqdan ötrü qadınlar arasında bu idman növü geniş təbliğ olunmalıdır.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























