15 Mart 2026, Bazar günü
"Qarabağ" "Zirə"yə qalib gəldi
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi

Digər idman növləri

“Qəbələ”nin idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı

“Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev Gənclərin Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təmsilçimiz Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq yarışa lisenziya qazanıb.

Taekvondoçumuz Rusiyada keçirilən G1 kateqoriyalı “Russian Open” turnirində qazandığı qələbədən sonra mötəbər yarışa vəsiqəni rəsmiləşdirib. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev Azərbaycan milli komandasını bu kateqoriyada təmsil edəcək.

Xatırladaq ki, Gənclərin Yay Olimpiya Oyunları bu il oktyabrın 6-18-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31