28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Digər idman növləri

"Kaspi" Liseyində cüdo zalının açılışı olub

Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də ölkəmizdə bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.

Futbolxeber.az saytının məlumatına görə, federasiyanın dəstəyi ilə respublikamızın müxtəlif bölgələrində cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, kiçik yaşlı yeniyetmələrə kimanolar verilib, mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq ölkəmizin bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən Kaspi Liseyində olublar. Şagirdlərlə görüşdə çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Kaspi Liseyinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib. Məktəblilərə kimanolar təqdim olunub, onlara uğurlar arzulanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28