Digər idman növləri
Firdovsi Umudov: “Toğrul Əsgərov hazır deyil”
Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı ilə əlaqədar media nümayəndələrinin suallarını cavablandırıb.
- Avropa çempionatından gözləntiləriniz nədir?
- Bu il keçirilmiş Azərbaycan çempionatından sonra komandamızı İranda beynəlxalq turnirdə və ABŞ-da Dünya Kubokunda sınaqdan çıxardıq. Dünya Kubokuna Şərif Şərifov, Murtuzali Müslimov və Nurmaqomed Hacıyevi zədəli olduqları üçün apara bilmədik. Qatıldığımız yarışların nəticələrinə əsasən, Avropa çempionatı üçün heyətimizi müəyyənləşdirdik. Heyətdə gənclərə də üstünlük vermişik. Bunlar Muslimov və Hacıyevlə yanaşı, Mircəlal Həsənzadə və Coşqun Əzimovdur. Onlarla bərabər təcrübəli güləşçilərimiz də Dağıstana yollanacaqlar. Heyətimizdə Georgi Edişeraşvili, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov kimi nəticə vermiş pəhləvanlar da var. Bunların hamısı Avropa çempionatında öz sözlərini deməlidirlər.
- Gənc güləşçilərin hansı nəticəsi sizi qane edəcək?
- Onların xarakter göstərmələri, döyüşmələri, medal uğrunda mübarizə aparmaları bizi qane edəcək. Heyətdə yer vermələ, onları gələcəkdə böyüklər arasında dünya çempionatı və Yay Olimpiya Oyunlarına hazırlamaq istəyirik. Dünya Kubokunda elə güləşçilərimiz oldu ki, xarakter göstərə bilmədikləri üçün Avropa çempionatı üçün açıqlanan heyətə daxil edilməyiblər.
- Dünya Kubokundan sonrakı qısa müddət ərzində Avropa çempionatı üçün tam forma yığmağa vaxt tapa bildiniz?
- Təbii. ABŞ-dakı Dünya Kubokuna yollananda da bir gündən sonra idmançılarımız məşqlərdə özlərini yaxşı hiss etməyə başladılar. Qayıtdıqdan sonra isə bərpa prosesi də, hazırlıq da normal getdi. Hazırda təlim-məşq toplanışımız yüksək səviyyədə davam edir.
- Hacı Əliyev 61 kq çəki dərəcəsində qarşısıalınmaz idi. Lakin 65 kq-a keçdikdən sonra hələ tam uyğunlaşa bilmədiyi görünür. Problem nədədir?
- Dünya Kuboku və beynəlxalq turnirlərdə 2 kq-dək artıq çəki ilə çıxış etməyə icazə var. Yəni rəqiblərinin ondan 2 kq artıq çəkidə olması da özünü göstərir. İnanıram ki, Hacı Əliyev Avropa çempionatında özünü ən yaxşı tərəfdən göstərə biləcək. Doğrudur, güclü rəqibləri var. Güləşdə uduzmaq da, udmaq da olar. Lakin Hacı dünyaca reytinqli pəhləvandır. Hazırlıq prosesinə əsasən, deyə bilərəm ki, Hacı Dağıstanda öz sözünü deyəcək.
- Coşqun Əzimov Dünya Kuboku ilə müqayisədə, Avropa çempionatında 70 kq deyil, 74 kq-da çıxış edəcək. Bu, nə ilə əlaqədardır?
- Qeyd etdiyim kimi, Dünya Kubokunda 2 kq artıq çəki ilə çıxış etməyə icazə var idi. Yəni, o, 72 kq çəki ilə mübarizə aparmışdı. Normalda isə Coşqunun çəkisi 75 kq-dır. Ona görə də Avropa çempionatında 74 kq-da çıxış etməsini məqsədəuyğun saydıq.
- Bəs dopinq cəzasını başa vuran Toğrul Əsgərovun Avropa çempionatından kənarda qalması nə ilə əlaqədardır?
- Toğrul hələ fiziki və psixoloji cəhətdən hazır deyil, formasını tam bərpa etməyib. Üstəlik, çəki məsələsi də var. 70 kq və 74 kq çəki dərəcələrindən hansına uyğun olduğuna baxacağıq. Əsgərov yarışlara və məşq proseslərinə bir müddətlik ara vermişdi. Lakin artıq məşqlərini davam etdirir. Onu qarşıdakı turnirlərdə sınaqdan çıxaracağıq.
- Avropa çempionatında əsas rəqibləriniz qismində hansı ölkələri görürsünüz?
- Hər zaman demişəm ki, zəif rəqib olmur. Azərbaycan millisinin özü də kimlər üçünsə güclü rəqibdir. Bunu Dünya Kuboku da, ötənilki yarışlar da göstərdi. Heyətimizdə yetərincə güclü güləşçilər var. Hər biri titullu pəhləvanlardır, yetərincə nəticələri var. Onların hamısından medal gözləmək olar. Normal hazırlıq keçiblər. İnanırıq ki, lazımi nəticəni də göstərəcəklər.
- Hakimlərin və dağıstanlı azarkeşlərin təzyiqlərinə psixoloji cəhətdən hazırsınız?
- Sözsüz. Bütün yarışlardakı kimi hazırıq. Proqnoz verməyi xoşlamıram, lakin sürprizlər gözlənilir. İstər yunan-Roma güləşində, istərsə də kişi və qadınların sərbəst güləş yarışlarında. Daha çox yunan-Roma və qadın güləşində gənclərə üstünlük verilib. Avropa çempionatında yaxşı nəticələr gözləyirik (“Qafqazinfo”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
- FİASKO - U-19 Gürcüstana da böyük hesabla uduzdu
- Erhan Toker: "Hücumda çıxışımız yaxşı alındı"
- Baş katibin “irəliləyişi” - Avropada ən zəif nəticə
- "Abşeron Lions" yarımfinalda
-
15:52
DÇ-2026: Tunisin heyəti açıqlandı
-
15:00
Danimarka kubokunun qalibi müəyyənləşdi
-
14:33
Əl Şəravi "Roma"dan ayrılır
-
13:17
Millimizin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
-
12:28
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
-
11:45
Ramon Maçado: “Rəhbərlik bu il kluba çox pul xərcləsə də, təəssüf ki...”
-
11:09
Manuel Noyer daha 1 il "Bavariya"da
-
10:31
Dünya Seriyası: "Neftçi" bu gün iki oyun keçirəcək
-
10:12
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:54
“Beşiktaş” mövsümü heç-heçə ilə başa vurdu VİDEO
-
23:57
"Araz-Naxçıvan" "Kəpəz"i 2 qolla üstələdi VİDEO
-
22:42
Andrey Demçenko: “Rəhbərlik necə qərar verəcəksə, elə də olacaq”
-
22:18
Azər Bağırov: “Hər şeyi zaman göstərəcək"
-
22:05
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
-
21:23
"Araz-Naxçıvan" və "Qəbələ"dən qələbə
-
20:56
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
-
20:39
"Karvan-Yevlax" - "Qəbələ" matçında 3 qol VİDEO
-
20:21
Kaxaber Sxadadzedən qələbə şərhi
-
20:00
Füzuli Məmmədov: "Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa, "Karvan-Yevlax"da qala bilərəm"
-
18:44
Belçika millisinin DÇ-2026 üçün heyəti
-
17:27
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
-
16:02
Yevlaxda heyətlər açıqlandı
-
15:15
Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlıq müzakirə olunub
-
14:58
Azərbaycan stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
13:46
Cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
-
13:23
Yüksək Liqada çempionluq matçı: hakimlər açıqlandı
-
13:00
Avropa çempionumuz: “Qələbəni atama həsr edirəm”
-
12:39
“Karvan-Yevlax” rəhbərliyi nəyi gözləyir?
-
11:51
Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatında çıxış edəcəklər
-
11:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:27
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü oldu
-
10:02
Fransa millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
09:45
Mehin Mirzəbalayeva beynəlxalq turnirin mükafatçısı olub
-
20:54
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
-
19:29
Futzal üzrə Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
-
18:02
XXXII turun hakim təyinatları
-
17:15
İngiltərədə mövsümün baş məşqçisi adına namizədlər məlumdur
-
16:48
"Bakı-Xankəndi" velosiped yarışında fərdi və komanda hesabında qaliblər müəyyənləşib
-
15:52
AFFA "Zirə"ni cərimələdi
-
15:30
"Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələndi
-
14:27
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti açıqlandı
-
13:43
Coş Barnett "Bakı-Xankəndi" yarışının V mərhələsinin qalibi olub
-
13:16
“Qarabağ” yeni tərəfdaşlıq müqaviləsi imzaladı
-
12:51
Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
-
12:35
"Neftçi"nin şikayəti təmin edilmədi
-
12:08
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş futzal turniri keçirilib
-
11:49
Azərbaycan kuboku: finalın vaxtı açıqlandı
-
11:24
Krivotsyuk 90 dəqiqə meydanda oldu
-
11:00
PSJ Fransa futbolu tarixinə düşdü
-
10:32
Nəriman oynadı, komandası uduzdu
16.05.2026
15.05.2026
14.05.2026























