Digər idman növləri
Fariz Məmmədov: “Bunda Qriqorçukun ukraynalı olmasının da rolu var”
“Qəbələ” İdman Klubunun boks komandası Ukraynanın Krivoy Roq şəhərində keçirdiyi təlim-məşq toplanışını yerli KB-75 klubu ilə beynəlxalq yoldaşlıq matçı ilə yekunlaşdırıb.
Futbolxeber.az saytının məlumatına görə, meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra “Qəbələ” klubunun nümayəndə heyətinin rəhbəri, sabiq boksçu Fariz Məmmədov qarşılaşma haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:
“Keçmiş boksçu, ömrümü bu idman növünə həsr etmiş bir insan kimi deyə bilərəm ki, təmsilçilərimizdən məni daha çox Məhəmmədəli Tahirzadə yaxşı mənada təəccübləndirdi. Ağır çəki dərəcəsində çıxış edən idmançımız gözləmədiyim qədər gözəl boks nümayiş etdirdi. Baxmayaraq ki, rəqibi ikiqat Ukrayna çempionu, bu ölkənin yığmasının kapitanı İqor Şevadzutski idi. Hərçənd Məhəmmədəlinin özü gənclər kateqoriyasını yeni tərk edib. Kamran Şahsuvarlı və Ümüd Rüstəmov da yaxşı döyüşdülər. Üç boksçu - Rauf Rəhimov, Elvin İsayev və Roman Zakirovun çıxışı məni qane etmədi. Onlar həqiqətən məğlub oldular. Hesab edirəm ki, bu görüşdə 4:3 hesabı ilə qalib gəlməliydik. Amma nəticəni də normal qarşılayıram. Çünki rəqib doğma şəhərdə, arenada çıxış edirdi. Onlar öz boksçularını tamaşaçıları önündə uduzmasına imkan verməzdilər. Qarşılaşmadan sonra KB-75-in prezidenti boksçularımızı mükafatlandırdı və üzrxahlıq etdi. O, auditoriya qarşısında ayağa qalxıb, boksçularımızı alqışladı”.
Məmmədov Ukraynada baş tutan təlim-məşq toplanışını da dəyərləndirib: “On günlük toplanışda 2-3 dəfə sparrinqlər keçirdik. Xüsusi hazırlıq üzrə məşq etdik. Çünki bizi KB-75-lə qarşılaşma gözləyirdi. Hazırlıqda “Qəbələ”nin baş məşqçisi Ramiz Mirkamalov da, KB-75-in çalışdırıcısı Sergey Krinitski də 7 boksçusu ilə birgə iştirak edirdi. Çox gözəl təlim-məşq toplanışı keçdi. Bunun üçün çox yaxşı şərait yaradılmışdı”.
Nümayəndə heyətinin rəhbəri toplanış və yoldaşlıq görüşünün necə gerçəkləşməsindən də danışıb: “Krivoy Roq şəhərinin boks federasiyasının prezidenti Vladislav Binder mənə müraciət etdi. Onlar artıq “Qəbələ” İdman Klubu haqda geniş məlumata malik idi. Bunda boks üzrə Azərbaycan millisinin baş məşqçisi Leonid Loivski və “Qəbələ”də əsas idman növü olan futbol üzrə komandanın çalışdırıcı Roman Qriqorçukun ukraynalı olmasının da rolu var. Rio-2016-da Azərbaycana medal qazandıran hər iki boksçunun da “Qəbələ”ni təmsil etdiyini bilən ukraynalılar klubumuza 10 günlük toplanış və ardınca beynəlxalq yoldaşlıq oyunu keçirməklə bağlı rəsmi dəvət göndərdilər. Klubumuz da bu dəvəti razılıqla qəbul etdi. Çünki “Qəbələ”də gənc boksçular var. Onların gələcəkdə Azərbaycanı yaxşı təmsil etməsi üçün təcrübə, xarici idmançılarla məşq keçməsi lazımdır”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























