Digər idman növləri
Milli Mətbuat Günü münasibətilə velosiped yarışı keçirilib
22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında velosiped yarışı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, 50-yə yaxın iştirakçının mübarizə apardığı yarış İsmayıllı rayonunda yerləşən “İsma Bikes” zavodu ərazisində baş tutub.
Yarış başlamazdan əvvəl mətbuat nümayəndələri “İSMA” velosipedlərinin istehsal edildiyi zavodla tanış olublar. Zavodun direktoru Elçin Qəhrəmanov Azərbaycanın ilk milli velosiped brendi olan “İSMA BİKES”ın istehsal prosesi barədə ətraflı məlumat verib və bildirib ki, illik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etsə də, cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb. Zavodda həvəskar və peşəkar idmançılar, eləcə də uşaqlar və qadınlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. Yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.
Mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, İsmayıllı Velosiped Zavodu istifadə etdiyi əsas komplektləşdirici materialların çoxunu Yaponiyanın məşhur "Shimano" şirkətindən alır. Bundan əlavə, zavod Tayvan, Malayziya, Çin və Bolqarıstanın müxtəlif müəssisələri ilə də sıx əməkdaşlıq edir. Zavodda Niderland, Türkiyə və Bolqarıstan avadanlıqlarından istifadə olunur. Zavoddakı “quru-toz” rəngləmə avadanlığı Türkiyə istehsalıdır. Avadanlıqlar və şərait ən yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. «İSMA BİKES" velosipedlərinin istehsalı eyni zamanda “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dəstək xarakteri daşıyır.
Daha sonra yarışa start verilib. Əvvəlcə media nümayəndələri 5 nəfərlik qruplarla zavod ətrafındakı 1,5 km-lik marşrut boyunca dövrə vurublar və yekunda ən yaxşı nəticə göstərən 10 iştirakçı yarımfinala vəsiqə qazanıb. Ardınca eyni reqlamentlə finalçılar müəyyənləşib və həlledici yürüşdə 5 nəfər mübarizə aparıb və mükafatçılar müəyyənləşib.
Qalib və mükafatçılara Azərbaycan Velosiped İdmanı Federasiyası, İsmayıllı rayon İcra Hakimiyyəti və “Coca-Cola” şirkətinin hədiyyələri təqdim edilib. Bundan başqa, çempion olmuş yarışçı İsmayıllı Velosiped zavodunun istehsalı olan “İSMA” velosipedi ilə təltif edilib.
Mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ənənəvi hal alan yarışın qarşıdakı illərdə də təşkil ediləcəyini deyib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
16:50
“Neftçi” liderliyi ələ keçirdi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























