1 Yanvar 2026, Cümə axşamı
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

“Qəbələ”li idmançı Maqnitoqorskda nokautla qalib gəldi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib. Futbolxeber.az-ın məlumatına görə, 31 yaşlı idmançımı peşəkarlar arasındakı 4-cü sınağı Rusiyanın Maqnitoqorsk şəhərində baş tutub. 
 
O, İvan Romazan adına İdman sarayında təşkil olunan boks gecəsində qüvvəsini sınayıb. Ağır çəki kateqoriyasında çıxış edən Atakişiyev reytinq döyüşündə Latviya təmsilçisi Edqars Kalnarsla qarşılaşıb. Boksçumuz emosional və baxımlı alınan döyüşün ilk saniyələrindən üstünlüyü ələ alıb. Artıq 1-ci raundda onun zərbəsindən sonra rəqib rinqə yıxılsa da, özündə güc taparaq ayağa qalxıb. Lakin Zamiqin güclü zərbələri latviyalı idmançının döyüşü başa çatdırmasına imkan verməyib. İkinci raundda təmsilçimiz texniki nokautla qələbə qazanıb. Beləliklə, 6 raund davam etməli olan görüş 2-ci hissədə başa çatıb.
 
Xatırladaq ki, bunadək peşəkar rinqdə 3 döyüş keçirən Atakişiyev bütün görüşlərdə qələbə qazanıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31