15 Fevral 2026, Bazar günü
Rəşad Sadıqovdan qələbə şərhi
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi

Digər idman növləri

Cüdoçularımızdan daha 2 medal

Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha iki medal yazdırıb.
 
+90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmməd Abdullayev yalnız final görüşündə məğlub olaraq mötəbər turnirin gümüş medalını qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə bürünc medala sahib olub.
 
Xatırladaq ki, yarışın ilk günü cüdoçularımız Əli Əsgərzadə (50 kq) və Davud Abbaslı (60 kq) bürünc medal qazanıblar.
 
Qeyd edək ki, 25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunurdu.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28