10 Iyul 2026, Cümə
Kamilo Duran rəsmən “Seltik”də
DÇ-2026: Fransa yarımfinalda
"Qarabağ"dan böyük hesablı qələbə
Karim Rossi “Qəbələ”yə keçdi

Digər idman növləri

"Bakı-2017"də medal sıralaması: Türkiyə lider, Azərbaycan ikincidir

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bu gün üçün nəzərdə tutulan yarışlar yekunlaşıb.

Futbolxeber.az saytının məlumatına görə, üçüncü yarış günündə mübarizəyə qoşulan Azərbaycanın idmançılarından daha 9-u qızıl medal qazanıb. Bununla da millimizin qızıllarının ümumi sayı 33-ə çatıb.

Komandamız bu gün 6 gümüş və 3 bürüncü də aktivinə yazdıraraq medal sayını 68-ə çatdırıb. Hazırda yığmamızın aktivində 33 qızıl, 23 gümüş və 12 bürünc medal var. Bu nəticə ilə millimiz medal sıralamasında liderlikdən 2-ci pilləyə düşüb.

Birinci yeri 35 qızıl medalla Türkiyə qərarlaşıb. Qardaş ölkə idmançıları ümumilikdə 92 medal (31 gümüş, 26 bürünc) qazanıblar.

Üçüncü pilləni isə 6 qızıl, 6 gümüş və 18 bürünc medalla Özbəkistan tutur.

İlk “10-luq”da həmçinin İndoneziya, İran, Əlcəzair, Misir, İordaniya, Türkmənistan və Qətər qərarlaşıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31