Digər idman növləri
“Vüqar Həşimovun tarixi gedişini indiyə kimi xatırlayıram”
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirini izləmək üçün Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Giorqadze Şəmkirə gəlib. Futbolxeber.az saytının məlumatına görə, turnirin rəsmi saytına müsahibə verən Georgi Giorqadze söhbətə Synergy Group-un təşkil etdiyi yarışla bağlı danışmaqla başlayıb.
- Vüqar Həşimov Memorialında sizi görmək çox xoş oldu. ShamkirChess 2017 turniri haqqında təəssüratlarınızı bilmək istərdik...
- İlk olaraq təşkilatçıları təbrik etmək istərdim. Sözün əsl mənasında möhtəşəm turnirdir. Açılış mərasimində Şəmkirin Azərbaycanın Linaresi olduğunu söylədilər. Bu fikirlə tamamilə razıyam. Gürcüstanla sərhəd yaxın olduğu üçün maşınla gəlmişəm. Sərhədi keçəndən sonra yol polisindən mehmanxanaya gedən yolu soruşdum. Şahmatla bağlı gəldiyimi eşidəndə çox sevindilər. Otelə qədər məni müşaiyət etdilər və çox məmnun qaldım. Bütün Şəmkir şahmatla bağlı səfərbər olub. Bilirsiniz dəfələrlə Linares superturnirində qonaq olmuşam. Orada mağazada satıcıdan başlayaraq polisə qədər hamı şahmatla nəfəs alır. Şəmkirdə mən həmin əhvalı hiss edirəm. Şəmkir turnirini təşkil edən Synergy Group ölkə şahmatının inkişafına dəstək olur. Vüqarın adına layiqli yarışdır.
- Beynəlxalq turnirdə 10 şahmatçı iştirak edir. Siz hansı zəka sahibinə dəstək olursunuz?
- Şəhriyarın qalib gəlməsini arzulayıram. Onun oyun üslubunu bəyənirəm. Döyüşdən qorxmur. Açıq mübarizə aparır və lazım olanda risk edir. Məmmədyarov dünyanın aparıcı şahmatçılarından biridir. Şəmkirdə mənim favoritim Şəhriyardır.
- Payızda Tiflisdə şahmat üzrə Dünya Kuboku keçiriləcək. Mötəbər yarışa hazırlıq hansı vəziyyətdədir...
- Təşkilat Komitəsi mütəmadi olaraq iclaslar keçirir. Dünya Kubokunun yüksək səviyyədə təşkili üçün lazımi işlər görüləcək. Bu məsələdə Azərbaycan Şahmat Federasiyası bizə yaxından köməklik göstərir. Bakıda keçirilən Dünya Kuboku və 42-ci Ümumdünya Şahmat Olimpiadası hamıya nümunə oldu. Çalışırıq ki, Gürcüstana gələcək qonaqlar bizdən razı qalsınlar.
- 2018-ci ildə Şahmat Olimpiadası Batumidə təşkil olunacaq. Həmin bölgə turistlərin sevimli yeridir. Yarış zamanı otellərlə bağlı problem yaranmayacaq?
- Turist axını olan Batumiylə məsələ həll olunub. Olimpiada sentyabrın sonunda başlayacaq. Həmin dönəmdə turist mövsümü sona yaxınlaşır. Düşünürəm ki, qonaqları yerləşdirməklə bağlı problem olmayacaq.
- Gürcüstandakı Şahmat Olimpiadasıyla bağlı yeniliklər olacaq?
- Hazırda bütün fikrimiz Dünya Kubokuna yönəlib. Yalnız bundan sonra olimpiada haqqında danışmaq olar. Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən gözəl olimpiada oldu. Bakıdan sonra yarışa ev sahibliyi etmək asan deyil. Çünki Azərbaycan yüksək səviyyə göstərdi. Bizi bu mənada çətin və məsuliyyətli iş gözləyir.
- Şəmkir turniri Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunur. Vüqarla şəxsən tanışlığınız var idi?
- Vüqarla şəxsi tanışlığım var idi. Onunla dəfələrlə turnirlərdə rastlaşmışıq. Şahmatçı kimi eyni yarışlarda iştirak etmişik. Linaresdə oynamışıq. Vüqarın tarixi gedişini indiyə qədər xatırlayıram. Həmin qitə birinciliyini canlı izləmişəm. 2009-cu il Serbiyada Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu. Son görüşdə onun həlledici gedişi komandanıza qələbə qazandırdı. Gözəl insan və güclü şahmatçı idi. Təəssüf ki, onu itirdik. Bu bütövlükdə dünya şahmatı üçün itkidir
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























